BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada kömür mədənində baş vermiş qəzada 52 nəfər həlak olub - YENİLƏNDİ

Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın nəticəsində xilasedicilər də daxil olmaqla 52 nəfər həlak olub.

 

Pravda.az-ın xəbərinə görə, bu məlumatı “TASS” agentliyi Fövqəladə Hallar Nazirliyinə istinadla yayıb.

 

***

23:10

Rusiyanın Kemerovo vilayətində kömür mədənində güclü yanğın baş verib. Hadisə nəticəsində üçü xilasedici olmaqla 14 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

 

Yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə hallar nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub. 30 nəfərin taleyi məlum deyil. Mədəndə qalan işçilərin çıxarılması üçün xilasetmə əməliyyatı davam etdirilir.

 

APA

Tarix: 25 Noyabr 2021, 23:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin