BURADA REKLAMINIZ OLA
BİLƏR

Açıq havada tibbi maskadan istifadə məcburi oldu - İtaliyada

İtaliyanın bəzi şəhərlərində açıq havada tibbi maskadan istifadə məcburi olub.

 

Pravda.az xəbər verir ki, buna COVID-19 infeksiyasına gündəlik yoluxma hallarının artması səbəb göstərilir.

 

Bu səbəbdən İtaliyanın ikinci böyük şəhəri Milanda, eləcə də Berqamoda 27 noyabr - 31 dekabr tarixlərində açıq havada tibbi maskadan istifadə məcburi olacaq. Bolonya şəhərində isə noyabrın 26-dan gələn il yanvarın 9-dək açıq havada maska taxmaq məcburiyyəti qoyulub.

Tarix: 26 Noyabr 2021, 07:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin