“Bu gün Soçidə baş tutacaq görüş önəmlidir, Putinin Brüssel görüşündən öncə danışıqları təşkil etmək cəhdi anlaşılandır, Moskva nə Azərbaycana, nə də Ermənistana güvənir, düşünür ki, hər iki ölkə Kremldən kənar hansısa sənəd imzalaya bilər və bu da Rusiyanın tək, əsas moderator olması funksiyasını zədələyə bilər”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, bu gün böyük sülh sazişi imzalanmayacaq: “Çox güman, iki ayrı sənəd, və ya bir sənəddə 2 ayrı bənd imzalana bilər:
1) Kommunikasiyaların açılması ilə bağlı ümumi razılıq – söhbət tək Zəngəzur koridorundan getmir, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında yolların açılması ilə bağlı niyyət bəyanı olacaq. Zəngəzur koridorunun açılmasında Rusiya çox maraqlıdır, Ermənistanla Rusiyanın quru yolu tək Gürcüstan üzərindəndir, yollar isə köhnədir, hava durumundan (noyabrdan marta qədər zaman-zaman qar və buza görə tez-tez qapanır) və Moskva ilə Tiflis arasında münasibətlərin gərginliyindən asılıdır. Yollar açılsa Rusiya Azərbaycan üzərindən Ermənistana rahat və ucuz dəmir yolu və avtomobil yolu açılacaq,
2) İkinci sənəd sərhədlərin dəqiqləşdirilməsinin başlanması haqqında niyyət bəyanı ola bilər. Moskvanın moderatorluğu ilə sırf sərhəd məsələlərinin həllinə dair üçtərəfli komissiyanın qurulması elan edilə bilər. Ermənistan Zəngəzur yoluna “koridor” deyilməsinin, özəl status verilməsinin əlehinədir, amma yolların açılması istəyir. Azərbaycan Zəngəzur koridorunun açılmasına çalışır, bu bizim strateji maraqlarımız çərçivəsindədir, amma əgər Zəngəzur yolu ilə bağlı satus olmaycaqsa, “Laçın koridoru” anlayışı birdəfəlik siyasi leksikondan və praktikadan çıxarılmalı, Laçin yolunun girişində Azərbaycanın sərhəd-keçid və gömrük məntəqəsi yaradılmalıdır. Rəsmi Bakı bu məsələdə israr etməyi bacarmalıdır. Rusiya üçün isə həmin yolun necə adlandırılmasının o qədər də əhəmiyyəti yoxdur. Azərbaycandan Ermənistan ərazisinə keçidə, bütün yola və Naxçıvana girişə zatən Rusiya nəzarət edəcək, Rusiyanın sərhədçiləri yolla bağlı bütün qərarların verilməsində son söz sahibi olacaq. Beləliklə, ağır, qəliz, çoxyönümlü diplomatik və siyasi qərarlar dönəmi başlayır. Bu dönəm üçün indiki primitiv idarəetmə modeli yetərli və dayanıqlı deyil, artıq 1 ildir ki, israrla bunu yazır-deyir və hamıya çatdırmağa çalışırıq. Təbii ki, biz birdəfəlik böyük sülh sazişinin bağlanmasında maraqlıyıq, bütün məsələlərin, o cümlədən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyasının başlanması ilə bağlı müddəaların da yer alacağı böyük saziş bizim marağımıza tam uyğundur. Amma obyektiv reallıqlar da var: Addım-addım bu yöndə - böyük sülh sazişi yolunda irəliləməliyik. Soçidən sonra Brüsseldə baş tutacaq görüşdə xalqlar və icmalar arası dialoq məsələsi önə çıxmalı, Azərbaycan Avropa Birliyi ilə yeni saziş imzalamalıdır ki, Rusiyanın təkbaşına moderator olması basqısını mümkün qədər neytrallaşdıra bilək. Ermənistan da Moskvanın təkbaşına moderator olmasından məmnun deyil, nə qədər qəribə səslənsə də, bu məsələdə İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik...”
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin