BURADA REKLAMINIZ OLA
BİLƏR

Berdımuxammedov neft-qaz sektorunu oğluna tapşırdı

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov oğlu Serdarı ölkənin neft-qaz sektoruna rəhbər təyin edib.

Müşahidəçilər bunu avtoritar liderin bir gün hakimiyyəti 40 yaşlı oğluna ötürmək hazırlığının növbəti mərhələsi kimi qiymətləndirirlər.

Serdar Berdımuxammedov artıq indiyədək millət vəkili və baş nazirin iqtisadiyyat üzrə müavini idi.

Tənqidçilər bildirirlər ki, Türkmənistan prezidenti indiyədək ölkənin enerji gəlirlərini dəbdəbəli və mənasız nəhəng layihələrə xərcləyib.

Tarix: 26 Noyabr 2021, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin