BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan başa düşməlidir ki, diktə edən tərəf Azərbaycandır və sülh müqaviləsi bağlamaqdan başqa yolu yoxdur” - RƏY

“Hesab edirəm ki, bu gün Rusiyanın vasitəçiliyi ilə keçirilən Soçi görüşünün əsas nəticəsi Azərbaycan-Ermənistan sərhədinin delimatasiya və demarkasiyasının həlli üçün birgə komissiyanın yaradılması ola bilər. Birgə komissiyanın yaradılması ilə sərhədlərin müəyyənləşdirilməsi işinin həlli bu görüşün mühüm töhfəsi kimi dəyərləndirilə bilər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

 

Deputatın sözlərinə görə, Ermənistanın nümayəndə heyətinin tərkibinə baxdıqda aydın olur ki, həmin şəxslər məhz kommunikasiyaların açılması və bu kimi önəmli məsələlərin həlli üçün Soçidədirlər: “Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, başqa çarəmiz yoxdur. Məlum məsələdir ki, qalib tərəf kimi Azərbaycanın qoyduğu tələblərin yerinə yetirilməsi vacibdir. Yəni, Soçi görüşündə ötən ilin noyabrın 10-da və bu ilin yanvarın 11-də imzalanmış sənədlərin icra olunmayan bəndlərinə baxıla bilər. Azərbaycanı hazırda maraqlandıran əsas məsələ, əlbəttə ki, sərhədlərin delimitasiya və demarkasiyası, eyni zamanda kommunikasiyaların açılmasıdır. Ermənistan başa düşməlidir ki, diktə edən tərəf Azərbaycandır və onun vaxtı gəldikdə sülh müqaviləsi bağlamaqdan başqa yolu yoxdur”.

 

Nəzrin Cavid

Tarix: 26 Noyabr 2021, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin