BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunur - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vəzifəsindən azad ediləcək.


Pravda.az-ın xəbərinə görə, buna səbəb H.Hüseynovanın fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 41 saylı Sumqayıt birinci seçki dairəsindən qalib olmasıdır.

O, seçkilərə qatıldığı üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən müvəqqəti gedib, məzuniyyət götürüb.

H.Hüseynovanın deputat seçildiyi rəsmiləşərsə, icraedici orqandakı vəzifəsindən azad ediləcək.

Fotoları təqdim edirik
Tarix: 13 Fevral 2020, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin