BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusun yeni variantına ad verildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını verib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

 

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Tarix: 27 Noyabr 2021, 01:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin