BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bədən dili Nikol Paşinyanın kifayət qədər dərsini aldığını sübut edirdi” – RƏY

"Azərbaycan ötən gün baş tutan Soçi görüşünə qalib dövlət, Prezident İlham Əliyev də təbii olaraq həmin dövlətin qalib lideri kimi qatıldı. Həm ikitərəfli, həm üçtərəfli, həm də mətbuat konfransının nəticəsi də bizim Soçidə qalib dövlət kimi iştirakımızı təsdiqlədi. Azərbaycan görüş çərçivəsində özünün haqlı, ədalətli mövqeyini bir daha sübut etdi. Qoyulan tələblərin Ermənistan tərəfindən qəbul edilməsi də bundan xəbər verir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov ötən gün Rusiya, Azərbaycan və Ermənistan siyasi liderlərinin iştirakı ilə baş tutan üçtərəfli Soçi görüşü barədə danışarkən deyib.

 

 

Parlament üzvü bildirib ki, Azərbaycan sülhməramlı mövqeyini və qonşularla əməkdaşlıq mühitində yaşamaq istəyini təsdiq edib: "Cənab Prezident bir daha qeyd etdi ki, biz səhifəni çevirmək istəyirik, yəni, regionda sülh və əməkdaşlıq proseslərinin başlanılmasında maraqlıyıq. Biz, doğrudan da, bu barədə Ermənistana dəfələrlə müraciət edib, fikrimizi ifadə etmişik. Görüş zamanı da Ermənistanın baş naziri Nikol Paşinyan axmaq niyyətlərini ortaya qoymaq istəsə də, bu, Vladimir Putin tərəfindən təkzib edildi. Prezident İlham Əliyev, həmçinin ötən ilin noyabrın 10-da və bu ilin yanvarın 11-də imzalanan sənədlərin bütün müddəalarının həll olunmasının vacibliyini vurğuladı. Cənab Prezident qeyd etdi ki, kommunikasiyalar açılmalı, sülh sazişi imzalanması yolunda addımlar atılmalı və bölgədə əməkdaşlıq muhiti yaradılmalıdır. Eyni zamanda, görüş zamanı Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həlli üçün birgə komissiyanın yaradılması və məsələyə Rusiyanın vasitəçilik etməsi təqdirəlayiqdir. Prezident, həmçinin humanitar addımlardan bəhs edərək bu günlərdə Ermənistana təhvil verilən erməni hərbçilər barədə də danışdı. Yəni, Azərbaycan düşmənçilik və yeni gərginliklər istəmir. Dövlətimiz və xalqımız ərazi bütövlüyünü bərpa edib və indi isə bəyanatlarda qeyd olunan müddəaların icrasını gözləyir. Bunun üçün heç bir əngəl törədilməməlidir. Yeri gəlmişkən onu da qeyd edim ki, yəqin, görüşün sonunda, mətbuat konfransında hər kəs Nikol Paşinyanin duruşuna, gərginliyinə diqqət edib. Onun bədən dili Paşinyanın kifayət qədər dərsini aldığını sübut edirdi. Yəqin ki, onun dərsi pərdəarxasında verilmişdi. Qısacası, mən bu görüşü olduqca faydalı və konstruktiv hesab edirəm".

 

Nəzrin Cavid

Tarix: 27 Noyabr 2021, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin