BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: "Faizlər enəcək"

“Bu faizlər enəcək. Biz xalqımızı da, fermerlərimizi də yüksək faizlə əzdirməyəcəyik”.

 

Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan bildirib.

 

“Bizim yeganə məqsədimiz xalqımızın işinə, gələcəyinə sahib çıxmaqdır. Mərkəzi Bankın valyuta ehtiyatı nə qədər idi bilirsinizmi? 27,5 milyard dollar. İndi isə 127 milyard dollardır. Haradan haraya. Nə etsələr də, bizi bu istehsal, məşğulluq yönümlü bu iqtisadi proqramdan döndərə bilməyəcəklər. Ölkəmizdəki mandatçı iqtisadçılar və siyasətçilər Türkiyənin ən böyük iqtisadi qurtuluş mübarizəsini tam əksinə göstərməyə çalışırlar” - deyə Ərdoğan deyib.

 

Bununla yanaşı, Ərdoğan bildirib ki, 19 ildir bu iqtisadi siyasətin hazırlıqları görülür: “Narahat olmayın, şirkətlərimiz daha çox qazanacaq, işçilərimiz daha yaxşı maaş alacaq. Mən inanıram ki, millətimiz 2023-cü ildə seçimini mandatlı iqtisadçılar və siyasətçilərdən deyil, böyük və qüdrətli Türkiyənin inşasından yana edəcəklər”.

Tarix: 27 Noyabr 2021, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin