BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun müəlliminə 50 min manatlıq dələduzluq edildi

Bakı Dövlət Universitetinin müəlliminə qarşı 50 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Eldar Yusifov barəsindəki hökmdən prokurorluq protest verib.

 

Pravda.az-ın xəbərinə görə, prokurorluq Eldar Yusifova verilən cəzanın ağırlaşdırılmasını tələb edib.

 

Protest Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına araşdırılır.

 

Məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı fevralın 26-a təyin edilib.

 

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyi və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib. O, məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, pulu Elbrus Əliyev adlı şəxsə verib. E.Əliyev isə istintaqdan yayındığı üçün axtarışa verilib.

 

Hüseyn Məmmədov BDU-da fəlsəfə müəllimidir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub.

 

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Yusifov 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.APA

Tarix: 13 Fevral 2020, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin