BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi bıçaqla həyat yoldaşının burnundan vurdu

Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayon, “Azadlıq” prospekti ərazisində qeydə alınıb.

 

Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.

 

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov saxlanılıb.

 

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, 2 ədəd metadon və 1 ədəd tramadol aşkar edilərək götürülüb.

 

F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 13 Fevral 2020, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin