BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi zavodda partlayış olub, yaralananlar var

Rusiya Müdafiə Nazirliyinin Nijeqorod vilayətinin Dzerjinski şəhərində yerləşən Y.M.Sverdlov adına hərbi zavodda dörd partlayış baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi hadisənin Moskva vaxtı ilə saat 09:52-də baş verdiyini bildirib. Zavodda yanğın siqnalı işə düşüb, sonra partlayışlar baş verib.

 

Bildirilir ki, ərazisi 900 kvadratmetr olan partlayış yerində yanğın baş verib. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur.

 

Fövqəladə hallar üzrə mənbə bildirib ki, partlayışların episentri HMX istehsal müəssisəsi olub.

 

Zərərçəkənlərə lazımi tibbi yardımın göstərilməsi tapşırılıb.

Tarix: 27 Noyabr 2021, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin