BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Türkmənistanda görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu Tvitterdə məlumat yayıb.

 

“Can Azərbaycanın xarici işlər naziri əziz qardaşım Ceyhun  Bayramovla bölgəmizdə baş verən son hadisələrlə bağlı danışdıq. Biz birlikdə işləməyə davam edəcəyik”, - Çavuşoğlu bildirib.

 

Qeyd edək ki, bu gün Türkmənistanda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilir.

Tarix: 27 Noyabr 2021, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin