BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Prezidentinin əlləri açıq şəkildə durması, onun əminliyindən və rahatlığından xəbər verir"

İki foto, iki görüş, iki yer və iki nəticə.

 

Bu günkü Soçi görüşündən sonra, ümumi ab-havanı görmək üçün aşağıdakı fotolarla bağlı müqayisəli şərh yazmaq qərarına gəldim.

 

1. İlk foto, 11 yanvar 2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündən çəkilib.

 

Arxa fonda heç bir bayraq yoxdur, sadəcə Rusiya Federasiyasının gerbi var. Bu gerbin çox əsrlik tarixi olduğunu, Çar Rusiyasını və Rusiya imperializmini simvolize etdiyini unutmamaq lazımdır.

 

Bu görüşdə Putin özünü Rusiya çarı kimi apardığını demək mümkündür.

 

Bu görüşdə Rusiyanın vasitəçiliyi, avtoriteti kifayət qədər qabardılıb.

 

2. Digər foto, bu günkü Soçi görüşündən çəkilib.

 

Bu dəfə, arxa fonda Rusiya gerbinin əvəzinə, hər üç ölkənin bayraqları var.

 

Suverenlik vurğusu, bu görüşdə öz əksini tapıb.

 

Müqayisələr

 

Jest və mimikaların, bədən dilinin bir parçası olduğunu bir daha xatırlamaqda fayda var.

 

Hər iki görüş sonrası, hər üç liderin duruş şəkli eynidir.

 

Azərbaycan Prezidentinin əlləri açıq şəkildə durması, onun əminliyindən və rahatlığından xəbər verir. Həmçinin üz cizgilərində də özündən əminliyin işarəsi var.

 

Putinin üz cizgilərini oxumaq çətin olsa da, hər iki görüşdə əlini yumruq halında tutması, gərgin olmasına işarədir. İlk görüş kimi, bu görüş də Rusiyanın istədiyi yöndə yekunlaşmayıb, yaxud bu görüşdən Putin istədiyi nəticəni ala bilməyib.

 

Paşinyanın əlini əl üstə qoyması, özünümüdafiə instikti ilə hərəkət etdiyini göstərir. Qaşlarını çatması, üz ifadəsi və uzağa baxması, görüşdən yaxud danışıqlardan məmnun qalmadığını, narazılığını və narahtlığını ifadə edir.

 

Hər üç ölkə liderinin iki görüşdə də taxdıqları qalstukların rəngi də demək olar ki, eynidir.

 

Azərbaycan prezidenti İlham Əliyevin göy rəngdə qalstuk taxması, yenə özündən əminliyi, məsuliyyəti, zəfəri, oyunquruculuğu və s. göstərir.

 

Putin və Paşinyanın taxdığı bənövşəyi qalstuk isə, etimad formalaşdırma cəhdidir, etibarlı görünmək istəyidir, eyni zamanda özündən razılığın əlamətidir.

 

Ümumilikdə, keçirilən iki görüş, iki fərqli yerdə baş tutsa da, format və Rusiyanın maraqları baxımından eyni mənanı kəsb edir.

 

İndi gözlər Brüssel görüşünə çevrilib.

 

Brüssel görüşü, Rusiya ilə keçirilən üçtərəfli görüşlərin davamı sayılmasa da, bu görüşlərdən ortaya çıxan fikir və təkliflərin müzakirə olunduğu yer olacaq.

 

Elnur Məcidli

Fotoları təqdim edirik
Tarix: 27 Noyabr 2021, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin