BURADA REKLAMINIZ OLA
BİLƏR

“Soçi görüşünün nəticəsi Prezident İlham Əliyevin diplomatik müstəvidə qazanılmış uğurudur” - RƏY

“Noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Soçi şəhərində baş tutan üçtərəfli görüşün nəticəsi Azərbaycanın maraqlarına xidmət edir və gözlənilən idi. Bu, həmçinin cənab Prezident İlham Əliyevin diplomatik müstəvidə qazanılmış uğurudur. Ümumilikdə Soçi görüşünün nəticələrini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ermənilər İlham Əliyevin onlara müraciətini başa düşməli və düzgün nəticə çıxarmalıdırlar. Prezident növbəti dəfə öz humanistliyini göstərərk erməni xalqına onlarla olan tarixi düşmənlik səhifəsini bağlamaq istədiyini dedi. Doğrudan da, Azərbaycanın əsas hədəfi regionda davamlı və dayanıqlı sülhə nail olmaqdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

 

Deputat bildirib ki, görüşdə bir sıra vacib məqamlara toxunulub, ciddi məsələlər müzakirə edilib: “Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələyə bir daha aydınlıq gətirildi. Ermənistanın baş naziri Nikol Paşinyanın “10 noyabr bəyanatında Zəngəzur dəhlizi ilə bağlı heç nə qeyd olunmayıb” fikri izah edildi və Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi qeyd olundu. Azərbaycanın Soçi görüşü ilə əsas gözləntisi elə 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar bəyanatlarının tam icrası ilə əlaqəli idi. Şükürlər olsun ki, görüşün nəticəsi kimi icra olunmayan məsələlərin öz həllini tapması üçün birgə komissiyanın yaradılması barədə razılığa gəlindi. Həmçinin, bu, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsinə də aiddir. Yəni, yaxın günlərdə bu problemin də həll olunacağı gözlənilir. Görüş sübut edir ki, Ermənistanın hər vəchlə Avropa strukturlarını bu prosesə cəlb etmək istəyi boşunadır. Çünki regionda əsas söz sahibi Azərbaycan və Rusiyadır. Ona görə də Ermənistan görüşün nəticələrindən düzgün nəticə çıxarmalı və davranışlarına diqqət etməlidir”.

 

Nəzrin Cavid

Tarix: 27 Noyabr 2021, 18:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin