BURADA REKLAMINIZ OLA
BİLƏR

Lirə ilə bağlı göstəriş verildi

Türkiyə Dövlət Müşahidə Şurası (DDK) valyuta məzənnəsindəki anormal artımda manipulyasiya olub-olmadığını, varsa, kim tərəfindən olduğunu araşdıracaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstəriş verib.

 

İdarəçilik işlərinin qanunvericiliyə uyğun, müntəzəm və səmərəli şəkildə aparılması və inkişaf etdirilməsi məqsədilə yaradılan audit qurumu başda dollar olmaqla, külli miqdarda xarici valyuta alan qurum və təşkilatları müəyyən edəcək.

 

DDK sədri Yunus Arıncı və komandası araşdırmanın nəticəsini hesabata çevirəcək və cinayət aşkar edilərsə, tədbir görülməsi üçün müvafiq qurumlara göndərəəcək.

 

Xatırladaq ki, son vaxtlar Türkiyə lirəsi ABŞ dolları qarşısında kəskin ucuzlaşıb. Hazırda 1 ABŞ dolları 12,43 Türkiyə lirəsi təşkil edir.

Tarix: 27 Noyabr 2021, 18:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin