BURADA REKLAMINIZ OLA
BİLƏR

27 rusiyalı diplomat yanvarda ABŞ-ı tərk edəcək

27 rus diplomat ABŞ-ı tərk edəcək.


Pravda.az-ın xəbərinə görə, bunu rus mediasına Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.


Səfir deyib ki, yanvarın 30-da 27 rusiyalı diplomat ailəsi ilə birgə ABŞ-ı tərk edəcək. 30 iyunda isə eyni sayda amerikalı diplomat vətənə qayıdacaq.
Antonovun sözlərinə görə, diplomatların arvadlarının akkreditasiyası geri alınır, uşaqlarına isə viza verilmir. ABŞ ailə ənənələrinə qarşı ehtiyatla davransa da, bu yanaşmķa ailənin siyasi bölünməsidir.

Vaşinqtonun davranışını birtərəfli adlandıran diplomat əlavə edib ki, ABŞ Moskva ilə yalnız öz maraqlarına uyğun məsələləri müzakirə edir. Ölkənin sanksiya siyasəti isə dəyişmir.

Tarix: 28 Noyabr 2021, 00:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin