BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev Pakistan Prezidenti ilə görüşdü - FOTOLAR - YENİLƏNDİ

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

 

Pravda.az-ın məlumatına görə, Prezident Arif Alvi dedi: Salaməleyküm, Zati-aliləri.

 

Prezident İlham Əliyev: Salam. Sizi bir daha görməyə çox şadam. Sizin Azərbaycana səfərinizi xatırlayıram, birlikdə yaxşı vaxt keçirdik.

 

Prezident Arif Alvi: Siz öz torpaqlarınızı geri qaytardıqdan sonra birinci dəfədir ki, görüşürük.

 

Prezident İlham Əliyev: Bəli, dəstəyiniz üçün çox sağ olun.

 

Prezidenti Arif Alvi: Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz. Dünya bunu qəbul etdi, bunu etmək lazım idi. Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi.

 

Prezident İlham Əliyev: Demək olar ki, 30 il ərzində icra olunmamışdır.

***

 

16:16

 

Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

 

Pravda.az xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.

 


 

 

 

 

Tarix: 28 Noyabr 2021, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin