BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda son sutkada 1662 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 585 783 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11 369, hazırkı dövrədək isə 5 521 070 test aparılıb.

Tarix: 28 Noyabr 2021, 16:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin