BURADA REKLAMINIZ OLA
BİLƏR

Pakistan Prezidenti Vətən müharibəsindəki Qələbə münasibətilə Azərbaycanı Prezidentini təbrik etdi

 

 

Pakistan Prezidenti Arif Alvi Azərbaycanı və Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbrik edib.

 

Pravda.az-ın məlumatına görə, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti deyib ki, fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim.

“Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm”,- deyə Pakistan Prezidenti vurğulayıb .

Tarix: 28 Noyabr 2021, 16:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin