BURADA REKLAMINIZ OLA
BİLƏR

Şöbə müdiri və qohumunu avtomobil vurdu

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə bu gün axşam saat 18:30 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi “10-LZ-067” dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə yol kənarındakı piyada səkisində hərəkət edən iki nəfəri - İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və qohumu, 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu vurub. Yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

APA

Tarix: 28 Noyabr 2021, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin