BURADA REKLAMINIZ OLA
BİLƏR

Mustafa Cengiz vəfat etdi

“Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengiz dünyasını dəyişib.

 

Pravda.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsində məlumat verilib.

 

“ “Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengizi itirdik. Allahdan ona rəhmət diləyir, ailəsinə, sevənlərinə və ictimaiyyətimizə başsağlığı veririk”.

 

Qeyd edək ki, “sarı-qırmızılar”a 2018-ci ildən rəhbərlik edən Mustafa Cengiz mədə xərçəngi diaqnozu ilə müalicə alırdı. Bu ilin sentyabrında səhhəti pisləşən Cengiz xəstəxanaya yerləşdirilmişdi.

Tarix: 28 Noyabr 2021, 20:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin