BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında həlak olub

Gürcüstanda Bolnisi-Dmanisi yolunun Kazreti yaşayış məntəqəsindən keçən hissəsində azərbaycanlı ailənin 4 üzvü yol qəzasında vəfat edib.

 

Hadisə yerli vaxtla saat 16:40-da qeydə alınıb.

 

Məlumata görə, Bolnisi rayonunun Kəpənəkçi kəndindən qayıdan Dmanisi rayonunun Səfərli kənd sakini Şakir Məmmədov ötmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn yük maşını ilə toqquşub.

 

Nəticədə sürücü Şakir Məmmədov, atası Qurban Məmmədov, həyat yoldaşı Nargilə Məmmədova və ailənin 11 yaşlı övladı hadisə yerində dünyasını dəyişib.

 

Həlak olanların meyitləri tibbi ekspertiza üçün Rustavi şəhərinə aparılıb.

 

Faktla əlaqədar cinayət işi açılıb.

 

APA

Tarix: 29 Noyabr 2021, 00:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin