BURADA REKLAMINIZ OLA
BİLƏR

Ümrə ziyarətində vəfat edən azərbaycanlı zəvvar Mədinədə dəfn olundu

Azərbaycandan Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə yola düşən zəvvar Mürsəlov Əli Maqmed oğlu Mədinə şəhərində vəfat edib.

 

Pravda.az xəbər verir ki, zəvvar Ə.Mürsəlov ziyarətin 3-cü günündə qəfildən ürək çatışmazlığından və infarkt səbəbindən 80 yaşında dünyasını dəyişib.

 

Bildirilib ki, mərhum bu gün səhər saatlarında Mədinə şəhərində, Uhud şəhidlərinin yerləşdiyi qəbristanlıqda ailəsinin razılığı ilə dəfn olunub.

 

Həmçinin məlumatda qeyd olunub ki, mərhum zəvvar 3-cü aydır ki, Ümrə ziyarətinin növbəsini gözləyirmiş.

 

Report

Tarix: 29 Noyabr 2021, 00:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin