BURADA REKLAMINIZ OLA
BİLƏR

Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edildi

Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının son durumu açıqlanıb.

 

Hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

 

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

 

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Report

Tarix: 29 Noyabr 2021, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin