BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, Azərbaycanın beynəlxalq səviyyədə kifayət qədər söz sahibi olmasından xəbər verir” – RƏY

"Noyabrın 26-da Aşqabadda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının böyük əhəmiyyəti var. Yəni, bu münasibətlər Azərbaycanın beynəlxalq səviyyədə kifayət qədər söz sahibi olmasından xəbər verirdi. Azərbaycan hər zaman qonşularla münasibətlərin yaxşı olmasını, əməkdaşlıq şəraitində yaşamağı istəyir. Digər dövlətlərlə olduğu kimi, İranla da mehriban, sülh şəraitində yaşamaq Azərbaycanın mövqeyidir. Biz bu arzu və istəyimizdə həmişə səmimiyik".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

 

Deputat bildirib ki, qarşı tərəfin Azərbaycana münasibətindən asılı olmayaraq, Azərbaycan İrana qarşı səmimi əməkdaşlıq və dostluq təklifini ifadə edib: "Ötən gün baş tutan Aşqabad görüşündə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də İran Prezidenti İbrahim Rəisi sülhməramlı mövqelərini səsləndirdilər. İran Prezidenti də xüsusi olaraq vurğuladı ki, həm xalqlarımız, həm də dövlətlərimiz dostdur. Arzu edirəm ki, bu fikirlər,  doğrudan da, səmimi olsun və əməli işlərdə də öz əksini tapsın. Yəni, bu, arzuolunan vəziyyətdir. İranda bizim 10 milyonlarla soydaşımız yaşayır və çox geniş tarixi əlaqələrə malikik. Bizim dostluq şəraitində yaşamağımız arzuolunandır. Ümid edirəm ki, bundan sonra Azərbaycan-İran münasibətləri daha da inkişaf edəcək və lazım olan anda bir-birimizə kömək əlimizi uzada biləcəyik. Təkcə dünən deyil, elə hər zaman cənab Prezident İlham Əliyev İrana qarşı dostluq mövqeyini bəyan edir. Çox xoşagələn haldır ki, İran Prezidenti də dostluq-qardaşlıq və gələcək inkişaf haqqında fikirlər səsləndirdi. İmzalanan saziş hər üç dövlətin – Türkmənistan, İran və Azərbaycanın inkişafı və sağlam əməkdaşlığı üçün önəmlidir".

Tarix: 29 Noyabr 2021, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin