BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan da yeni ştamma görə sərhədləri bağlaya bilərmi? - AÇIQLAMA

"Yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni ştamları ilə bağlı məsələlər dünyada öyrənilir. Doğrudur, bir sıra ölkələr qabaqlayıcı tədbirlər görərək Afrika ölkələri ilə sərhədləri bağlayıblar, lakin Azərbaycanın onsuz da Afrika ilə birbaşa təyyarə əlaqəsi yoxdur. Ona görə də Azərbaycanın digər ölkələrlə sərhədlərini bağlamağa ehtiyac duyulmur, sadəcə olaraq dünyada gedən prosesləri izləməkdə fayda var".

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli COVID-19-un qeydə alınan yeni ştamı barədə danışarkən deyib.

 

N.Cəfərlinin sözlərinə görə, dünya ölkələrinin təcrübəsi göstərir ki, qapanmalarla koronavirusla mübarizə aparmaq mümkün deyil: "Qapanmalar, sadəcə olaraq, ilkin mərhələdə virusun yayılmasının müəyyən qədər qarşısını alırdı. Müəyyən qapanmaların tətbiqinə ehtiyac yoxdur".

 

Nəzrin Cavid

Tarix: 29 Noyabr 2021, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin