BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələsgər Məmmədli “Demokratiya Sammiti”nə Türkiyənin dəvət edilməməsindən danışdı

“ABŞ prezidenti Co Baydenin  9-10 dekabr tarixlərində onlayn təşkil edəcəyi "Demokratiya Sammiti" son günlər geniş müzakirə olunur. Sözsüz, demokratik dəyərləri mənimsəmək və cəmiyyətdə bu dəyərlərin yerləşməsini öndə tutmaq zəruridir. Demokratiyadan uzaq olub, avtoritarizmi mənimsəyən  rejimlər ən çox öz insanına zərər verir. Zəruri olan cəmiyyətin demokratik idarə olunmasına yol açmaqdır. Lakin geopolitik tarazlığı nəzərə almadan, sadəcə, elə alqı yaratmaq ki, “Demokratiya Sammiti”nə dəvətlilər yalnız demokratik dəyərləri mənimsəyən, demokratiya indeksində öndə olanlar, dəvət olunmayanlar isə demokratiyadan yoxsun olanlardır – yanlışdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ələsgər Məmmədli bildirib.

 

Ə.Məmmədli qeyd edib ki, əslində siyahıya nəzər saldıqda demokratiyanın  mövcudluğunun təkbaşına dəvət üçün yetərli olmadığı görünür: “Yəni, sadəcə, yuxarıda sayılan demokratiya reytinqi yüksək olanlar dəvət olunmayıb, başqa strateji maraqlar da bu dəvətdə rol oynayıb. Bunun sübutu üçün siyahılara baxmaq yetərlidir. Məsələn, “Democracy İndex 2020” deyilən siyahı ilə Bidenin siyahısını qarşılaşdırdığımızda maraqlı nəticələr var. “Democracy İndex 2020” dünyada 167 ölkənin demokratiyasını sıralayıb və həmin siyahıda sondan bir öncəki-166 yerdə olan Kongo Demokratik Respublikası Baydenin fəxri dəvət siyahısında yerini alıb. Həmin Siyahıda 125-ci yerdəki Niger, 118-ci yerdəki İraq, 110-cu yerdəki Nigeriya da fəxri dəvətlilər arasındadır. Amma 104-cü yerdə yerləşən Türkiyə, 75-ci yerdə olan Banqladeş, 55-ci yerdə olan Macarıstan nədənsə fəxri demokrat siyahısına düşməyiblər”.

Tarix: 29 Noyabr 2021, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin