BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat başqanının müavini: “Tofiq Yaqublu, danışmayın” – Mühacir biznesi qalmaqalı davam edir

“Tofiq Yaqublu deyir ki, onda Müsavat partiyası tərəfindən verilmiş saxta sənəd var. Tofiq Yaqublu bunu aylardır ki, təkrarlayır. Dəfələrlə “Həmin sənədi təqdim et” demişik. Müsavat partiyasında bu məsələləri araşdırmaq üçün komissiya yaradılıb. Tofiq Yaqublunun vəkili Nemət kərimli də o komissiyanın üzvüdür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Osman Kazımov deyib.

 

O.Kazımov başqanlığa sabiq namizəd Tofiq Yaqubluya müraciət edərək deyib: “Tofiq bəy, o sənədi komissiyaya təqdim edin, əsli sizdə qalacaq, surətini imzamızla qəbul edəcəyik. O sənədi burdada yayın, əlinizdə tutun, nümayiş etdirin, saxtalıq nədədir deyin. Komissiyaya təqdim etsəniz sizin iştirakınızla video çəkilişlə araşdıracağıq.Təqdim edin. Etməyəcəksinizsə, bir daha danışmayın”.

Tarix: 20 Noyabr 2019, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin