BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanıldı

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs tutulub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, noyabrın 29-da saat 7 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əsginas təqdim edən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci Polis Bölməsinə təhvil verilib.

 

Araşdırma aparılır.

Tarix: 30 Noyabr 2021, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin