BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı...

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap statusu paylaşımı üzə çıxıb.

 

Pravda.az xəbər verir ki, paylaşımı mərhumun dostu Elşad Qaraca feysbuk hesabında yayıb.

 

Statusun saatından (10:27) aydın olur ki, paylaşım qəzadan 13 dəqiqə əvvəl edilib.

 

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Tarix: 30 Noyabr 2021, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin