BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrail səfiri Azərbaycana başsağlığı verib

İsrailin Azərbaycandakı səfiri Corc Dik Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

 

Pravda.az xəbər verir ki, o, bu barədə özünün "Twitter" hesabında bildirib.

 

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.

Tarix: 30 Noyabr 2021, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin