BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan İlham Əliyevə zəng etdi - YENİLƏNDİ

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib. 

 

Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

 

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

 

***

19:35

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

 

Türkiyənin dövlət başçısı hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər üçün başsağlığı verib.

Tarix: 30 Noyabr 2021, 20:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin