BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur meyxanaçı maşınla 5 yaşlı uşağı vurdu

ATV-nin “7 canlı” proqramının növbəti qonağı məşhur meyxanaçı Tərlan Novxanı olub.

 

Pravda.az xəbər verir ki, o, vaxtı ilə taksi sürücüsü kimi çalışdığını, daha sonra isə 5 yaşlı uşağı avtomobillə vurduğunu da ilk dəfə açıqlayıb:

 

“Qızımı rəqs məktəbindən götürməyə getmişdim. Məktəbin həyətinə daxil olanda gördüm ki, maşına nəsə dəydi, yıxıldı. Amma bilmirəm nədir. Aşağı düşəndə gördüm ki, bir nəfər qışqıra-qışqıra gəlir, uşağım öldü. O an Allah sanki mənə qüvvə verdi. Qızımı tez çağırdım ki, yolüstü evə qoyum, xəsarət alan uşağı aparım xəstəxanaya. Qızımla yaşıd idi. 5-6 yaşı olardı. Atasını da otuzdurdum maşına xəstəxanaya apardım. Ciddi xəsarət alsa da, həkimlərimiz uşağı sağaltdı. Bir gecə reanimasiyada yatdı”.

Tarix: 30 Noyabr 2021, 20:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin