BURADA REKLAMINIZ OLA
BİLƏR

İran prezidentinin istefaya gedəcəyi iddia edilir

İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb.

 

Bu barədə “Al-Monitor” elektron qəzeti yazıb.

 

Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib.

 

İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək.

 

Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib:

 

“Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”.Oxu.az

Tarix: 13 Fevral 2020, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin