BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT rəsmisi Azərbaycana başsağlığı verdi

“Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi”.

Pravda.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün tviterdəki hesabında yazıb.

“Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - BMT rəsmisi əlavə edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Tarix: 30 Noyabr 2021, 21:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin