BURADA REKLAMINIZ OLA
BİLƏR

Müxalifət BŞİH-ə yenidən müraciət etdi: Mitinq üçün Qış parkını istəyirlər

Müsavat, ReAl partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinin mitinqlə bağlı cavabını müzakirə edib.

 

Pravda.az-ın xəbərinə görə, İ.Məmmədov deyib ki, BŞİH-nin təklif etdiyi yer qəbul edilməyib.

 

Müzakirələrin yekununda qərar verilib ki, mitinq üçün BŞİH-ə yenidən müraciət edilsin.

 

Müraciətdə Yanvar küçəsi, 2527 ünvandakı məhəllə stadionu (Moskva univermağının yaxınlığında), Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan, Nəriman Nərimanov küçəsi 55 ünvanında yerləşən “Cıdır” restoranının qarşısındakı meydan, Hüseyn Cavid heykəlinin ətrafındakı park (Yasamal rayonu, Elmlər Akademiyası nın yaxınlığında), Qış parkı (Akademik Dram Teatrının qarşısında), Mərkəzi park (Akademik Dram Teatrından yuxarı) göstərilib.

 

Qeyd: Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər fevralın 16-sı seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi. BŞİH isə mitinqi keçirmək üçün onlara Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasını ayırıb.

Tarix: 13 Fevral 2020, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin