BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan bu şəxsləri axtarışa verdi - FOTO

Azərbaycan hüquq-mühafizə orqanları Bolqarıstan vətəndaşı olan qardaşları beynəlxalq axtarışa verib.

 

Bu barədə İnterpolun saytında məlumat paylaşılıb.

 

23 yaşlı Gyurdzhan Stoyanov Angelov və 21 yaşlı Tezdzhan Stoyanov Angelovu mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmədə, külli miqdarda əmlak zəbt etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən kompüter materiallarını qanunsuz mənimsəmədə təqsirləndirilir.

 

Onların saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

 

Azərbaycan məhkəmələri tərəfindən hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində dövlətlərarası axtarış elan olunub.

Fotoları təqdim edirik
Tarix: 1 Dekabr 2021, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin