BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.

 

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır: Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

Tarix: 1 Dekabr 2021, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin