BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ulduz" metrostansiyasına yaxın ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Bakı şəhərinin Nərimanov rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

***

11:41

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasına yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

Nazirlikdən verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

İlkin məlumata əsasən, qeyd olunan ərazidə məişət tullantıları və quru ot yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Tarix: 1 Dekabr 2021, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin