BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Erməni jurnalistlərin Bakıya gəlişi ilə bağlı hay-küy qaldırmaq yersizdir”

“Bu hal birinci dəfə deyil ki baş verir. Jurnalistlər müharibə baş verən yerlərə gedərək, oradan məlumat verirlər. Bu, onların peşə borcudur. Açığı, jurnalistlərin bu səfərlərindən düşünmürəm ki, kimsə zərər çəksin”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov modern.az-a erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirərkən deyib.

 

“Bizim Ermənistan haqqında məlumatımız olmalıdır. Ermənistan barədə xəbərləri təkcə rusdilli mətbuatı izləməklə almaq olmaz. Azərbaycanlı jurnalistlər gedib oradakı vəziyyəti öz gözləri ilə görməldirlər. Bu səfərlər diplomatiyanı əvəzləmir, sadəcə jurnalistin etməli olduğu işlərdən biridir. Bu hal birinci dəfə deyil, artıq 5-ci, 10-cu dəfədir ki jurnalistlər qarşılıqlı səfər edirlər. Bu məsələdən ötür sosial şəbəkələrdə hay-küy qaldırmaq yersizdir” – deputat qeyd edib.

Tarix: 20 Noyabr 2019, 23:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin