BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qəzadan heç kim sığortalanmayıb, həssas məsələlərdə yalnız rəsmi məlumatlara istinad etmək lazımdır”

“Noyabrın 30-da baş verən helikopter qəzası təlim zamanı baş verib, yəni, belə qəzadan heç kim sığortalanmayıb. Hadisə haqqında rəsmi açıqlama verilib. Hesab edirəm ki, verilən rəsmi açıqlamalara şərh vermək düzgün olmaz. Əsas odur ki, xüsusi komissiya yaradılıb, istintaq gedir. Gələcəkdə nə məlumat olsa hamısı açıqlanacaq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov noyabrın 30-da baş vermiş Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması barədə danışarkən deyib.

 

Deputat bildirib ki, belə həssas məsələlərdə yalnız rəsmi məlumatlara istinad etmək lazımdır: "Hadisədə 14 yüksək rütbəli zabitlərimiz şəhid olub. Bu, əlbəttə ki, Azərbaycan xalqı üçün ağır itkidir. Çalışmalıyıq ki, bundan sonra belə itkilərimiz olmasın. Ancaq hərbi təlimdir, heç kim bundan sığortalanmayıb. Həyatda hər şey ola bilər. Qəzada şəhid olan hərbçilərimizə Allahdan rəhmət, digər iki yaralamıza isə şəfa diləyirik".

 

Nəzrin Cavid

Tarix: 1 Dekabr 2021, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin