BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalistə yumruq atdığı deyilən Rövşən Cahangirov ittihamlara cavab verdi: "Orada nə ediblər mən bilmirəm"

Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov bu gün sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.

 

R. Cahangirov haqqında yayılan iddiaların doğru olmadığını deyib:

 

“Əgər hücum etmişəmsə, kiməsə yumruq atmışamsa, videonu göstərsin. Orada nə ediblər mən bilmirəm. Belə bir video varsa, göstərsinlər”.

 

R. Cahangirov onu da qeyd edib ki, sabah mətbuata geniş açıqlama veriləcək.

 

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, R. Cahangirovun Baku TV-nin əməkdaşlarına hücum etdiyi iddia edilir.

 

Olay.az

Tarix: 1 Dekabr 2021, 22:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin