BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata Abdullayev kilsəyə daxil oldu, Paşinyana suallar verdi - VİDEO

İtaliyanın Milan şəhərində səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı bloqer Ata Abdullayevin suallarına tuş gəlib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ata Abdullayev özünün səhifəsində video paylaşıb.

 

Erməni mətbuatı baş verənləri insident kimi təqdim edib. Bildirilir ki, görüşün keçirildiyi zala daxil olmuş azərbaycanlı bloger irəli çıxıb və erməni baş naziri “müharibəyə son qoymağa və torpaqları qaytarmağa” çağırıb. “O həmçinin Ermənistanı Azərbaycan xalqına qarşı soyqırımda ittiham edib”, erməni mediası daha sonra yazıb. Məlumatda deyilir ki, ermənilər azərbaycanlını qapıdan bayıra çıxartmaq istəyiblər, ancaq baş nazir ona sakit danışmaq imkanı yaratmağı xahiş edib. N.Paşinyan iddia edib ki, hansısa erməni azərbaycanlıların tədbir keçirdiyi zala daxil olub Azərbaycan rəhbərliyinə sual verə bilməzdi.

 

Daha sonra N.Paşinyan hətta Serj Sərkisyanın Xocalıdakı qətliamlar barədə etiraflarını da unudaraq iddia edib ki, azərbaycanlıların soyqırımı barədə deyilənlər böhtandır. O ardınca deyib ki, bu barədə keçmiş prezident Ayaz Mütəllibov Rusiya mediasına Xocalını Azərbaycan müxalifətinin çevriliş məqsədilə törətdiyi barədə müsahibə verdiyini iddia edib. Paşinyan onu da deyib ki, Azərbaycan prezidentinə sülh formulunu təqdim edib. Bir daha təkrar edib ki, Qarabağ probleminin istənilən həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. N.Paşinyan Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı ənənəvi iddialarını da təkrarlayıb.

 

Tarix: 21 Noyabr 2019, 00:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin