BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev helikopter qəzası ilə bağlı informasiyanın gec açıqlanmasına münasibət bildirdi

Prezidentin köməkçisi Hikmət Hacıyev DSX-nin helikopterinin qəzaya uğramasından danışıb.

 

Pravda.az-ın məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur.

 

Onun sözlərinə görə, ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir:

 

"Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün zərbə ola bilər", - deyə o bildirib.

Tarix: 2 Dekabr 2021, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin