BURADA REKLAMINIZ OLA
BİLƏR

"ATƏT acınacaqlı vəziyyətdədir, Avropa İttifaqı və NATO çərçivəsində blok nizam-intizamının girovuna çevrilib" - Lavrov

“ATƏT acınacaqlı vəziyyətdədir”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxış edən Rusiya XİN rəhbəri təşkilatın bugünkü vəziyyətini acınacaqlı adlandırıb.

 

“Bu gün ATƏT acınacaqlı vəziyyətdədir, Avropa İttifaqı və NATO çərçivəsində blok nizam-intizamının girovuna çevrilib, xırda mövzulara qərq olub. Qərbli tərəfdaşlarımız beynəlxalq hüququ bir növ qaydalara əsaslanan nizam-intizamla əvəz etməyə çalışırlar. Həmin qaydalar isə onların öz müstəsnalıqlarından çıxış edərək müəyyən etdikləri qaydalardır”, - S. Lavrov vurğulayıb.

Tarix: 2 Dekabr 2021, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin