BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Tofiq Yaqubluya qarşı baş verən zorakılığa hüquqi qiymət verilməli, təqsirkarlar cəzalandırılmalıdır”

“Dekabrın 1-də Bakı şəhərində bir qrup siyasi fəalın “Saleh Rüstəmova azadlıq!” tələbilə keçirdiyi razılaşdırılmamış aksiyaya sağlam və heç bir xəsarəti olmadan qatılmış, öz siyasi mövqeyini ifadə etməyə çalışmış müxalif fəal Tofiq Yaqublunun xüsusi vəhşiliklə üzləşməsi dövlətimizə qarşı ən böyük təxribatdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.

 

Partiya sədri deyib ki, Tofiq Yaqubluya ağır xəsarətlər yetirilib: “Hesab edirəm ki, Tofiq Yaqublunun üzləşdiyi zorakılıqla bağlı dərhal cinayət işi açılmalı, bu özbaşınalığı törətmiş şəxslər cəmiyyətin gözü önündə, ictimaiyyətə açıq formada cəzalandırılmalıdır. Heç şübhəsiz ki, bu insanlığa sığışmayan zorakılığı törətmiş şəxs (və ya şəxslər kimliyindən asılı olmayaraq) dövlətinin düşmənidir. Heç kim bu zorakılığa haqq qazandırmağa, biganə qalmağa çalışmasın. Bu zorakılığa hüquqi qiymət verilməsi, təqsirkarların müəyyən edilərək cəzalandırılması mütləqdir, labüddür”.

Tarix: 2 Dekabr 2021, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin