BURADA REKLAMINIZ OLA
BİLƏR

“ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycan arasında normallaşmaya yardım edə bilər”

“ATƏT-in Minsk Qrupu postmünaqişə kontekstində Ermənistan və Azərbaycan arasında normallaşmaya yardım edə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, indiki kritik dövrdə sülh və sabitliyin möhkəmləndirilməsi üçün bütün beynəlxalq ictimaiyyət tərəfindən birgə səylərə ehtiyac var.

 

“Hazırda Beynəlxalq İctimaiyyətin edə biləcəyi ən yaxşı şey yanlış gözləntilərə yönəlməmək, əksinə bütün səylərini üçtərəfli bəyanatın tam tətbiqinə, eləcə də Ermənistan və Azərbaycanla birlikdə regionda etimad inşası ilə bağlı birgə işləməyə fokuslamaqdır. ATƏT-in Minsk Qrupu da postmünaqişə kontekstində Ermənistan və Azərbaycan arasında normallaşmaya yardım edə bilər. Dəyişmiş reallıqlar fonunda biz həmkarlarımızı və tərəfdaşlarımızı inkişaf və əməkdaşlıq üçün regiondakı yeni perspektivli fürsətləri dəyərləndirməyə və onun üstünlüklərindən yararlanmağa çağırırıq”, deyə C.Bayramov qeyd edib.

Tarix: 2 Dekabr 2021, 20:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin