BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR-ın əməkdaşı itkin düşüb

Bu gün Neft daşlarında elektrik kimi çalışan əməkdaşlardan biri itkin düşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

 

“SOCAR Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümü 1779 saylı estakadayanı meydançanın qazma üzrə elektriki iş yerindən yoxa çıxıb. Səhər saat 05:30 radələrində buruq ustası onu iş başında görüb. Səhər saat 7-də briqada növbəni dəyişdikdə həmin adamın olmadığını və meydançanın bir tərəfində ona məxsus qoruyucu kaskanı aşkar ediblər”, - M.Qəhrəmanlı bildirib.

Tarix: 2 Dekabr 2021, 23:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin