BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanın uğurları beynəlxalq səviyyədə də qəbul edilir və bu, düşmənlərimiz tərəfindən qısqanclıqla qarşılanır”

"Müəyyən qüvvələr Azərbaycanın son dövrlər qazandığı uğurları həzm edə bilmirlər. Ölkəmizin qazandığı sosial-iqtisadi və ya siyasi uğurlar "5-ci kolon" adlandırılan qruplaşmalar tərəfindən qəbul edilmir. Azərbaycan qalib dövlət kimi ərazi bütövlüyünün qorunması istiqamətində vacib addımlar atır. O cümlədən son günlər Azərbaycanın Soçi görüşündə və İslam Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirakı, prezidentlərin görüşləri təqdirəlayiqdir. Ölkəmizin uğurları beynəlxalq səviyyədə də qəbul edilir və təbii ki, düşmənlərimiz tərəfindən qısqanclıqla qarşılanır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, ölkədə baş verən istənilən hadisələri insan haqqlarının tapdanmasına yönəltməyə çalışan qüvvələr var: "Noyabrın 28-də baş verən hərbi helikopter qəzası barədə heç bir fakta söykənməyən müxtəlif məlumatların yayılması da buna sübutdur. Ölkədə baş verən, hətta xırda belə xoşagəlməz halları fərqli istiqamətlərə yönəldənlər var. Hesab edirəm ki, bu kimi hallar ölkənin ümumi təhlükəsizliyinə təhdid olmasa da, əldə edilmiş qələbələrə dolayı yolla təsir edə biləcək amilə çevrilir. Bütün bunlara baxmayaraq, ölkə ərazisində xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları, ümumilikdə hakimiyyət tərəfindən vəziyyətə nəzarət edilir. Bu gün Azərbaycanın hədəf seçdiyi böyük məsələlər var, biz Qarabağa qayıdışa hazırlaşırıq. Fikrimcə, bu istiqamətdə aparılan işlər uğurludur".

 

Nəzrin Cavid

Tarix: 3 Dekabr 2021, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin